Bağla
Deqiq.info

Bakıda iki nəfəri maşında güllələdilər - YENİLƏNİB + FOTO/VİDEO

Tarix:29-12-2018, 13:13

Bakıda iki nəfəri maşında güllələdilər - YENİLƏNİB + FOTO/VİDEOGecə saatlarında paytaxtın Keşlə qəsəbəsində maşında iki nəfəri güllələyənin kimliyi müəyyənləşdirilib.

deqiq.info-ın məlumatına görə, Sputnik.az hüquq-mühafizə orqanlarına istinadən bildirib ki, atəş açan şəxs 34 yaşlı İsmayılov Zaur Zülfüqar oğludur.

İsmayılov hələlik tutulmayıb, əməliyyatçılar onun yaxalanması üçün iş aparır.
Ötən gecə Bakıda baş verən güllələnmə hadisəsi ilə bağlı cinayət işi açılıb.

deqiq.info-ın məlumatına görə, faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Hadisə ilə əlaqədar hələlik saxlanılan şəxs və ya şəxslər yoxdur.

Xatırladaq ki, sözügedən hadisə gecə saatlarında Bakının Nizami rayonu, Keşlə qəsəbəsində baş verib. Bakı şəhər sakinləri, 1991-ci il təvəllüdlü Babayev Tural Rəhim oğlu və 1988-ci il təvəllüdlü Bağırov Asif Adışirin oğlu naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahla güllələnib.

Hadisə nəticəsində T. Babayev dünyasını dəyişib, A.Bağırov isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti qənaətbəxşdir.

08:47

Gecə saatlarında paytaxtın Keşlə qəsəbəsində güllələnmə hadisəsi baş verib.

deqiq.info xəbər verir ki, 10 TO 170 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı maşın arxadan atəş açılaraq saxlanılıb.

Avtomobildə olan - 1991-ci il təvəllüdlü Tural Babayev və 1988-ci il təvəllüdlü Asif Bağırov elə salondaca güllələnib.

Tural Babayev hadisə yerində dünyasını dəyişib, Asif Bağırov isə 1 saylı Şəhər Kliniki Xəstəxanası çatdırılıb.

Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 120



XƏBƏR LENTİ