Bağla
Deqiq.info

20 il əvvəl azyaşlıya təcavüz edib, öldürən manyak həbsdən çıxan kimi... - VİDEO

Tarix:20-12-2018, 13:50

20 il əvvəl azyaşlıya təcavüz edib, öldürən manyak həbsdən çıxan kimi... - VİDEORusiyada azyaşlı qıza təcavüz edib, öldürdükdən sonra 20 il müddətinə həbs olunan cinayətkar çıxdıqdan bir neçə gün sonra daha bir cinayətə əl atıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, manyak avtobus dayanacağında gözləyən 8 yaşlı qıza qarşı cinsi istismara əl atıb. Xoşbəxlikdən o istəyinə nail ola bilməyib.

Belə ki, cinayətkar şəxs qıza yaxınlaşaraq polis olduğunu, ana-atasının onu polis bölməsində gözlədiyini deyib. Bu səbəbdən də qıza onu valideynlərinin yanına aparacağını deyib.

Hadisə ilə bağlı məlumat alan polis əməkdaşları həmin an hərəkətə keçib. Bölgədəki təhlükəsizlik kameralarında əks olunana görüntülər izlənib. Məlum olub ki, təcavüzkar şəxs azyaşlı qızın əlindən tutaraq küçələri gəzdirib və səssiz dalan axtarıb.

Görüntülərdən də görnüdüyü kimi, benzin stansiyasının yanından ötən zaman kiçik qız ağlamağa başlayıb. Təcavüzkar şəxs bu zaman onun qarınına yumruqla vurub. Uşaq bu zərbənin təsirindən daha da yüksək səslə qışqıraraq ağlmağa başlayıb. Qızın qışqırdığını eşidən yanacaqdoldurma mərkəzində işəyən şəxslər ona doğru yaxınlaşıb. Bu zaman cinayətkar uşağını əlini buraxıb və həmin ərazidən qaçaraq uzaqlaşıb.

Oxunub: 132



XƏBƏR LENTİ