Bağla
Deqiq.info

Şirkət işçisi Bakının mərkəzində “protiv” gedir - VİDEO

Tarix:7-02-2020, 14:40

Şirkət işçisi Bakının mərkəzində “protiv” gedir - VİDEOBakıda küçədə “Wolt” daşıma şirkətinin əməkdaşı motosikleti “protiv” sürüb.

“Deqiq.info”nun xəbərinə görə, hadisə avtomobillərdən birinin videoqeydiyyatında lentə alınıb.

Belə ki, gecə saatlarında paytaxtın Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində hərəkətdə olan motosiklet sürücüsü Səməd Vurğun küçəsinə dönən yolun əks istiqamətinə çıxıb.

Bu zaman “protiv” gələn motosiklet sürücüsü həmin yolda hərəkətdə olan avtomobil sürücülərinə təhlükəli anlar yaşadıb.

"Report" bildirir ki, bu, “Wolt” və digər daşıma şirkətləri əməksaşlarının ilk hərəkəti deyil. Məsələ burasındadır ki, bir-biri ilə "ən sürətli biz daşıyırıq" şüarı ilə yarışan daşıma şirkətlərinin sürücüləri həm qaydaları pozur, həm də qəza şəraiti yaradırlar. Onların barəsində tədbir görülməsə, çətin ki, sürətlərini azaldalar.

Videogörüntünü təqdim edirik:

Oxunub: 19



XƏBƏR LENTİ