Bağla
gundem.ws
gundem.ws

Bakıda ərzaq mağazasında xoşagəlməz görüntü - VİDEO

29 dəfə baxılıb 28-01-2019, 12:33

Bakıda ərzaq mağazasında xoşagəlməz görüntü - VİDEO
Bakıda mağazaların birində çörəyin üstünə çıxmış pişiyin görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

gundem.ws-ın məlumatına görə, kadrlar sosial şəbəkədə yayılıb.

Görüntülərdən məlum olur ki, pişik qutularda yığılan çörəyin üstünə çıxıb, onları yeyir.

Videonu paylaşan Nigar adlı istifadəçi bildirib ki, mağaza hələ açıq olmadığına görə çörək paylayan şəxs yeşikləri obyektin qarşısına qoyub gedib.

Qida Təhlükəsizliyi Agentliyindən gundem.ws-ın sorğusuna cavab olaraq bildirilib ki, adıçəkilən videonun nə vaxt və harada çəkildiyi barədə heç bir məlumat yoxdur:

“Lakin video agentlik tərəfindən mediadan götürülərək araşdırılması üçün müvafiq şöbələrə yönləndirilib. Artıq bununla bağlı araşdırmalara başlanılıb. Araşdırmaların nəticələrinə uyğun olaraq qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görüləcək. Nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Agentlik vətəndaşlardan xahiş edir ki, belə hallarla qarşılaşdıqda videonun çəkildiyi tarix, məkan və müəssisənin adını qeyd etməklə 1003 qaynar xəttinə zəng edib məlumat versinlər”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi