Bağla
gundem.ws
gundem.ws

İlham Əliyev: Qaydaların olmaması münaqişələrə səbəb olur - VİDEO

26 dəfə baxılıb 28-01-2019, 12:32

İlham Əliyev: Qaydaların olmaması münaqişələrə səbəb olur - VİDEO
Azərbaycan prezidenti İlham Əliyev İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Rossiya 1” kanalında yayımlanan “Nailə Əsgərzadə ilə fəaliyyətdə olan şəxslər” proqramına müsahibə verib.

gundem.ws “Moskva-Baku”ya istinadən xəbər verir ki, o, müsahibə zamanı heç bir qaydanın olmadığı beynəlxalq arenadakı hazırkı vəziyyəti şərh edib.

“Qaydaların olmaması və ya onların pozulması, əlbəttə ki, pis nəticələrə səbəb ola bilər. Yəni inam pozulur, ölkələr arasında əlaqələrin səviyyəsi azalır. Əksinə, bu, müəyyən münaqişələrə, müəyyən çətinliklərə, ölkələrin arasındakı münasibətlərdə müəyyən gərginliklərə gətirib çıxarır.

Bugünkü mənzərəni görmək kədərlidir, dediyim kimi, beynəlxalq məsələlərlə yanaşı, iqtisadi problemlərə də aiddir. İnam pozulur, proqnozlar sarsılır və biznes aparmaq çətinləşir”, - prezident Əliyev bildirib.

Qeyd edək ki, Azərbaycan prezidentinin müsahibəsinin bir hissəsi yanvarın 27-də “Vesti nedeli” proqramında yayımlanıb. Müsahibənin tam versiyası yanvarın 28-də yayımlanacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi