Bağla
gundem.ws
gundem.ws

Bakıda gənc intihar məqsədi ilə binanın damına çıxdı - YENİLƏNİB + VİDEO

27 dəfə baxılıb 9-01-2019, 13:48

Bakıda gənc intihar məqsədi ilə binanın damına çıxdı - YENİLƏNİB + VİDEOFövqəladə Hallar Nazirliyi Bakıda intihara cəhd hadisəsi ilə bağlı məlumat yayıb.

gundem.ws xəbər verir ki, məlumatda paytaxtın Nizami rayonunda bir nəfərin dördmərtəbəli binanın damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirdiyi bildirilir.

Qeyd olunur ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

22.00

Bu gün axşam saatlarında Bakıda gənc oğlan restoran binasının damına çıxaraq intihara cəhd edib.

gundem.ws xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda “Neftçilər” metro stansiyasının yaxınlığında baş verib.

Şahidlərin bildirdiyinə görə, özünə qəsd etmək istəyən gənc bir neçə saatdır binanın damındadır. Ətrafdakı insanların müdaxiləsi nəticə verməyib, gənci intihar etmək fikrindən polis əməkdaşları daşındırıb.

Bildirilir ki, gəncin intihar cəhdinin səbəbi məhəllələrində qurulan yarmarka olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi