Bağla
Deqiq.info

DİN: Ötən gün qeydə alınmış 123 cinayət faktından 14-nün üstü “isti izlər”lə açılıb

Tarix:19-12-2018, 14:26

DİN: Ötən gün qeydə alınmış 123 cinayət faktından 14-nün üstü “isti izlər”lə açılıbRespublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 123 cinayət faktından 14-nün üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 30 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 27, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1, borclu şəxs qismində axtarılan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş yeddi yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər ölüb, on nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli dörd fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

Oxunub: 175



XƏBƏR LENTİ