Bağla
gundem.ws
gundem.ws

"Toppuş bacı"dan sevənlərinə şad xəbər

35 dəfə baxılıb 27-12-2018, 13:23

"Toppuş bacı"dan sevənlərinə şad xəbərƏməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) ATV-də yayımlanan "Bizimləsən" verilişinin qonağı olub.

Axşam.az xəbər verir ki, aktrisa proqramda 3 ay sonra ilk müayinəsinin cavabını açıqlayıb.
Xərçəng xəstəliyindən əziyyət çəkən Tünzalə ilk müayinəsinin cavabının müsbət olduğunu deyib:

"Mən hər zaman səbr edirəm, zamanını gözləyirəm. Aylarla susdum, mənə dəyən daşlara susdum... Allahıma təşəkkür edirəm ki, nə yaxşı ki, məni yaxşı insanlarla qarşılaşdırır. Sırağa gün ilk müayinəmə getdim. Turan xanım mənə baxanda dedi "ooo...". Qorxdum ki, Ay Allah, görən nədir? Aylardır bunu gözləyirdim. Mən "Super" sözünü eşitdim. İlk baxışdan hər şey əla idi. Amma qabaqda MRT və qan analizləri var idi. Sonra getdim qan analizi və MRT-yə. MRT-nin cavabı 4 saat çəkdi. Doktor gəlib dedi: "Cavablar yaxşıdır, törəməniz yoxdur".

Qeyd edək ki, aktrisanın uşaqlıq boynunda bədxassəli şiş olub, əməliyyatla həmin şiş götürülüb. Daha sonra ayağından 38 limfa vəzisi götürülüb, 37-sindən heç nə çıxmasa da, birində bədxassəli şiş olduğu məlum olub. Buna görə, Tünzalənin müalicəsi davam etdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi