Bağla
gundem.ws
gundem.ws

DTX-nın Mədəniyyət Mərkəzində “Tıq-tıq xanımın saxta babası” adlı uşaq tamaşası nümayiş olunub

50 dəfə baxılıb 26-12-2018, 14:11

DTX-nın Mədəniyyət Mərkəzində “Tıq-tıq xanımın saxta babası” adlı uşaq tamaşası nümayiş olunub
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində "Tıq-tıq xanımın saxta babası" adlı uşaq tamaşası nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru və ssenari müəllifi Zəhra Quliyevadır.

Uşaqlarla yanaşı, böyüklər tərəfindən də maraqla izlənilən tamaşada Tıq-tıq xanım obrazını Azərbaycan Dövlət Kukla Teatrının “Oyuq” studiyasının altı yaşlı aktrisası Nuray Rəhman canlandırıb. Digər yadda qalan obrazları isə Mədəniyyət Mərkəzinin aktyorları ilə birgə DTX əməkdaşlarının övladları oynayıb.

Tamaşada Tıq-tıq xanımın Yeni il bayramı üçün Şaxta babanı axtarması zamanı başına gələn hadisələrdən bəhs edilir. Səhnə əsərində Tıq-tıq xanımın ən böyük arzusu Şaxta babanı tapmaq və onun Qar qızı olmaqdır. Bütün hadisələr də bu axtarış vaxtında cərəyan edir.

Tamaşanın ərsəyə gəlməsində çoxlu sayda geyimlər, aksesuarlar, eləcə də işıq avadanlıqlarından istifadə edilib.

Qeyd edək ki, tamaşa dörd seansla iki gün davam edəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi