Bağla
Deqiq.info

Ərdoğan: "Suriya ilə sərhədi təhlükəsizlik zolağına çevirəcəyik"

Tarix:11-03-2020, 15:02

Ərdoğan: "Suriya ilə sərhədi təhlükəsizlik zolağına çevirəcəyik"“Türkiyənin Suriya ilə sərhədinin başqa hissələrini də təhlükəsizlik zolağına çevirməyə davam edəcəyik”.

“deqiq.info” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının toplantısında bildirib.

“Suriya ilə 911 km-lik sərhədimizin hər qarışını həm terror qruplaşmalarından, həm də məzhəbçi rejim qüvvələrindən (Bəşşar Əsədə aid qüvvələri nəzərdə tutur - red.) qorumaqda israrlıyıq. Cerablusda, Afrində, Tel Abyadda və Rəsulaynda etdiklərimizi İdlibdə də həyata keçirəcəyik. Sərhəd xəttimizin başqa hissələrini də bu təhlükəsizlik zolağına daxil edəcəyik”, - o vurğulayıb.

Ərdoğan deyib ki, Suriyanın İdlib bölgəsində ara-sıra atəşkəsin pozulması halları qeydə alınır: “Bəşşar Əsəd rejimi və onunla birlikdə olan məzhəbçi silahlıların atəşkəsə nə qədər əməl edəcəkləri məlum deyil. Biz verdiyimiz sözə əməl edirik. Ancaq qarşımızdakılar vədlərinə əməl etməzlərsə, əvvəlkindən daha ağır şəkildə üzərlərinə getməkdən çəkinməyəcəyik”.

Xatırladaq ki, martın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında İdlibdə atəşkəs elan edilməsi ilə bağlı razılıq əldə olunub.

Oxunub: 25



XƏBƏR LENTİ