Bağla
gundem.ws
gundem.ws

Suraxanı və Qusar rayonlarında vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

39 dəfə baxılıb 25-11-2018, 12:50

Suraxanı və Qusar rayonlarında vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Prezident İlham Əliyevin 2018-ci il 22 fevral tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkili tövsiyə edilib.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, tövsiyənin icrası ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində noyabrın 24-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə Suraxanı və Qusar rayonlarında aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilib.

Suraxanı Rayon Məhkəməsinin və rayon icra hakimiyyətinin binasında, o cümlədən Qusar rayonundakı Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşən Vəkillər Kollegiyasının üzvləri müraciət edən vətəndaşlara müxtəlif növ hüquqi yardım göstərib, onların problemləri ilə tanış olublar. Vəkillər vətəndaşlara müvafiq məsləhətlər verib, müvafiq məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazıblar.

Silsilə tədbirlərin respublikamızın digər regionlarında da keçirilməsi nəzərdə tutulub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi