Bağla
Deqiq.info

İrina Şeykin baxım sirrləri

Tarix:7-02-2020, 14:10

İrina Şeykin baxım sirrləriRusiyalı məşhur supermodel İrina Şeyk “Vogue” jurnalının mart buraxılışı üçün üz qabığına çəkilib.
Deqiq.info xəbər verir ki, nəşrə musahibə də verən 34 yaşlı model baxım sirrlərindən danışıb:

"Düzgün səhər məhsuldar günün rəhnidir və ona görə də mənim öz qaydalarım var. Tələsməyi sevmirəm və həmişə özüm üçün vaxt tapıram. Səhərlər limonlu su içirəm, duş qəbul edirəm, üzümü buz kubuyla silirəm. Bunu anamdan öyrənmişəm. Nəmləndirici və günəşdən qorunmaq üçün krem və ən sevdiyim ətri vururam. Dekorativ kosmetikadan, demək olar ki, istifadə etmirəm. Nadir hallarda göz altına örtücü krem çəkirəm. Bütün bunlar mənim əhval-ruhiyyəmi artırır və günboyu enerjili saxlayır”.

Oxunub: 19



XƏBƏR LENTİ