Bağla
Deqiq.info

Azərbaycanda fermerlərə subsidiyaların verilməsi asanlaşır

Tarix:5-02-2020, 12:00

Azərbaycanda fermerlərə subsidiyaların verilməsi asanlaşırKənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində təchizatçılar üçün yaradılmış modul təqdim ediləcək.

“Deqiq.info” xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib.

Onun sözlərinə görə, təchizatçılar fermerlərin subsidiya almasına tam hazır olmalıdırlar: “Bu məqsədlə fevralın 6-da Aqrar Kredit və İnkişaf Agentliyi gübrə, pestisid, toxum və ting təchizatçıları ilə görüş keçirəcək. Görüşdə 200-dək təchizatçı iştirak edəcək. Görüşdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində təchizatçılar üçün yaradılmış modul təqdim ediləcək”.

M.Əliyev qeyd edib ki, məqsəd təchizatçıların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatını sürətləndirməkdir: “Fermerlər subsidiyalarını aldığı müddətdə bütün təchizatçılar Subsidiya İnformasiya Sistemində qeydiyyatdan keçmiş və alışları kartla qəbul etməyə hazır olmalıdırlar. Kənd təsərrüfatı məhsulları istehsalçılarına geniş və liberallaşmış təchizatçı bazarından seçim vermək, subsidiyalarından tamamilə rahat istifadə etməyə şərait yaratmaq bu gün qarşımızda duran əsas vəzifədir”.

Oxunub: 10



XƏBƏR LENTİ