Bağla
gundem.ws
gundem.ws

Şəhidin həyat yoldaşı: Azərbaycanda şəhid ailələrinə qayğı dövlətin diqqət mərkəzindədir

29 dəfə baxılıb 29-01-2019, 12:35

Şəhidin həyat yoldaşı: Azərbaycanda şəhid ailələrinə qayğı dövlətin diqqət mərkəzindədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşündə Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan Milli Ordusunun birinci hərbi hissəsinin leytenantı Paşa Nəzərovun həyat yoldaşı Yelena Jovtiç də iştirak edib.

Yelena Jovtiç AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib: “Prezident birdəfəlik ödəniş almaq üçün plastik kartı şəxsən mənə təqdim etdi. Prezidentimizə çox təşəkkür edirəm. Azərbaycanda dövlətimizin və xalqımızın azadlığı və müstəqilliyi uğrunda həyatlarını qurban vermiş şəhidlərin ailələrinə qayğı göstərilməsi daim dövlətin diqqət mərkəzindədir. Şəhidin həyat yoldaşı kimi mənə hər ay təqaüdümə bərabər məbləğdə prezident müavinəti verilir. Nəvəm Timur Paşa ABŞ-da yaşayır. Mənim Prezidentlə görüşdə olduğumu biləndə, Timur söylədi ki, İlham Əliyevi öz Prezidenti hesab edir və onu görməyi çox arzu edir”.

Şəhidin həyat yoldaşı sonda qeyd edib: “Ölkəmizdə öz həyatlarını Vətənin azadlığı və müstəqilliyi uğrunda qurban vermiş şəhidlərin xatirəsinin əziz tutulması mənim üçün çox xoşdur. Paşa Nəzərov paytaxtın Yasamal rayonunun 60 nömrəli tam orta məktəbində təhsil alıb. Prezident İlham Əliyev bu məktəbin yeni binasının açılışı mərasimində şəxsən iştirak edib. Mən, qızım Yana və Timur Paşa – hamımız bilirik ki, Paşa Nəzərov unudulmayıb”.

Qeyd edək ki, Paşa Dərdayıl oğlu Nəzərov 1952-ci ildə Bakı şəhərində anadan olub. Qorki şəhərində Daxili qoşunlarda hərbi xidməti başa vurduqdan sonra vətənə qayıdaraq, 6 saylı İslah Əmək Müəssisəsində axtarış qrupunun rəisi vəzifəsində işləyib. 1991-ci ildə könüllü olaraq cəbhə bölgəsinə yollanıb. Azərbaycan Milli Ordusunun birinci hərbi hissəsinin döyüşçüsü kimi Ağdam, Laçın, Kəlbəcər rayonlarının müdafiəsində, habelə Daşaltı əməliyyatında iştirak edib. 1993-cü il aprelin 4-də Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi