Bağla
gundem.ws
gundem.ws

“II Gənclər Kuboku”nun qalibləri mükafatlandırılıb

28 dəfə baxılıb 29-01-2019, 12:33

“II Gənclər Kuboku”nun qalibləri mükafatlandırılıb
Mingəçevir İntellektual Oyunlar Klubunun təşkilatçılığı, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin və “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin dəstəyi ilə “II Gənclər Kuboku” yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə çıxış edən “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin icraçı direktoru Rəşad Qurbanov “Gənclər Kuboku”nun 2 Fevral – Gənclər Gününə həsr olunduğunu bildirib, iştirakçı komandalara uğurlar diləyib.

Sonra yarışa start verilib. Şəhər və bölgəni təmsil edən 10 komandanın qatıldığı “Nə? Harada? Nə zaman?” intellektual oyununda Ağdaşın “Panteon” komandası I, Mingəçevirin “GO II” komandası ikinci, “Legends” komandası isə III yerin sahibi olub.

Sonda ilk üç yerin qalibi olan komandalara sertifikatlar, birinci yeri tutan komandaya isə “Gənclər Kuboku” və hədiyyələr təqdim edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi