Bağla
gundem.ws
gundem.ws

İctimai asayişi pozmaq cəhdinin qarşısı alındı

50 dəfə baxılıb 27-01-2019, 14:17

İctimai asayişi pozmaq cəhdinin qarşısı alındı
Yanvarın 26-da, saat 15:30 radələrində 50-60 nəfərdən ibarət bir qrup şəxs “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq Yasamal rayonu Mirəli Seyidov küçəsində toplaşıb küçə yürüşü keçirməyə cəhd edib. Bu zaman ətrafdakıların diqqətini cəlb etmək, əhali arasında qorxu, vahimə yaratmaq, vətəndaşların istirahət hüquqlarının pozulması kimi qanunazidd hərəkətlərə yol verib ərazidə xidmətdə olan polis əməkdaşlarına qarşı tabesizlik göstəriblər.

Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a bildiriblər ki, operativ həyata keçirilmiş qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayiət olunan qanunsuz küçə yürüşünün qarşısı alınıb. Aksiyanın 15 iştirakçısı saxlanılaraq Yasamal rayon polis idarəsinə gətirilib, digərləri ərazidən uzaqlaşdırılıb.

Saxlanılan şəxslərdən 10 nəfəri məhkəmə tərəfindən inzibati qaydada həbs edilib, 5 nəfər xəbərdar olunduqdan sonra sərbəst buraxılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi