Bağla
gundem.ws
gundem.ws

Şən Hazırcavablar Klubunun qalib komandaları ilə görüş

17 dəfə baxılıb 16-01-2019, 13:10

Şən Hazırcavablar Klubunun qalib komandaları ilə görüş
Gənclər və İdman Nazirliyinin müvafiq tapşırığına əsasən, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Şən Hazırcavablar Klubunun birgə təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında şən hazırcavablar komandalarının yarışının final mərhələsi keçirilib. Qalib komandalar Rusiyanın Soçi şəhərində keçirilən Şən Hazırcavablar Klubunun XXX beynəlxalq festivalında iştirak hüququ əldə edib.

Bununla əlaqədar Baş İdarədə Şən Hazırcavablar Klubunun qalib komandaları ilə görüş keçirilib.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə əvvəlcə Şən Hazırcavablar Klubunun komandalarının uğurlu çıxışları haqqında videoçarx nümayiş etdirilib.

Sonra Baş İdarənin rəisi Raqif Abbasov bildirib ki, ölkəmizin haqq səsini dünyaya bəyan edən, mötəbər beynəlxalq yarışlarda uğurlar qazanaraq üçrəngli bayrağımızı yüksəyə qaldıran şəxslər məhz Azərbaycan gəncləridir. Azərbaycan Respublikası Prezidentinin dövlət gənclər siyasəti haqqında müvafiq sərəncamları gənclər sahəsinə dövlət qayğısının əyani sübutudur.

Şən Hazırcavablar Klubunun rəhbəri Rəşad Əzizov göstərilən köməyə və dəstəyə görə minnətdarlığını bildirib. O, Şən Hazırcavablar Klubunun fəaliyyəti və yüzlərlə gəncin, onlarla komandanın, minlərlə azarkeşin izlədiyi sevilən maraqlı layihələr haqqında geniş məlumat verib. R.Əzizov bildirib ki, Soçidə 700-ə yaxın komandanın iştirakı ilə keçiriləcək beynəlxalq festivalda ölkəmizi ilk dəfə olaraq üç komanda təmsil edəcək. Bu qədər kollektivlə bir səhnəni paylaşmaq Azərbaycan komandası üçün müvəffəqiyyətin təsdiqidir, amma ambisiyalar daha böyük uğurlara köklənib. Bu il Azərbaycanın rekord sayda beynəlxalq festivalda təmsil olunması ölkədə gənclər arasında intellektual yarışlara münasibətin əyani sübutudur.

Sonda Şən Hazırcavablar Klubuna Azərbaycan bayrağı hədiyyə olunub və bütün beynəlxalq tədbirlərdə onun uca tutulması tövsiyə edilib.

Qeyd edək ki, Şən Hazırcavablar Klubu artıq Soçiyə yola düşüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi