Bağla
gundem.ws
gundem.ws

“Sputnik Kırqızıstan” portalında yayılan müsahibədə Azərbaycan-Qırğızıstan əlaqələrindən danışılıb

36 dəfə baxılıb 22-12-2018, 15:16

“Sputnik Kırqızıstan” portalında yayılan müsahibədə Azərbaycan-Qırğızıstan əlaqələrindən danışılıb“Sputnik Kırqızıstan” portalı Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov ilə müsahibə yayıb.

AZƏRTAC xəbər verir ki, müsahibədə Azərbaycanla Qırğızıstan arasında əlaqələrin indiki vəziyyətindən və perspektivlərindən danışılır.

Səfir müsahibədə ulu öndər Heydər Əliyevlə, tanınmış qırğız yazıçısı Çingiz Aytmatovla bağlı xatirələrini də bölüşür.

O deyib: “Mən bir çox prezidentlərlə görüşmüşəm. Heydər Əliyev qeyri-adi istedad sahibi idi. Bu böyük siyasətçini Mahatma Qandi, Şarl de Qoll, Mustafa Kamal Atatürklə müqayisə etmək olar. Ulu Öndərin Qırğızıstana xüsusi münasibəti olub. Heydər Əliyev 1995-ci ildə Azərbaycanın Prezidenti kimi Qırğızıstanda səfərdə olub, Talasa gedib, “Manas”ın 1000 illiyi tədbirlərinə qatılıb. Ulu öndər deyirdi: “Manas”ın dili bizim ümumi dilimizdir. Biz kökü bir, dili bir olan xalqlarıq”.

Müsahibədə Qırğızıstanda yaşayan azərbaycanlılardan da danışılır. Bildirilir ki, ölkədə 20 mindən çox azərbaycanlı yaşayır. Onlar əsasən 1930-cu illərdə bu ölkəyə sürgün edilən soydaşlarımızın törəmələridir və Qırğızıstanın inkişafına öz töhfələrini verirlər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi