Bağla
Deqiq.info

YAP: Gündəmdə növbədənkənar parlament seçkisi məsələsi yoxdur

Tarix:9-12-2018, 13:49

YAP: Gündəmdə növbədənkənar parlament seçkisi məsələsi yoxdurSon günlər sosial şəbəkələrdə və siyasi kuluarlarda yenidən ən çox müzakirə edilən məsələlərdən biri Azərbaycanda növbədənkənar parlament seçkiləri məsələsidir.

Belə ki, bir çoxları prezident seçkilərinin vaxtından əvvəl keçirildiyi, xüsusilə, 2025-ci ildə növbəti prezident və parlament seçkilərinin eyni ilə düşdüyü üçün 2020-ci il parlament seçkilərinin də vaxtının dəyişdiriləcəyəni, erkən seçkilərə gediləcəyini iddia edirlər.

Hətta, bəzi versiyalara görə, seçkilər 2019-cu ilin mart ayında keçirilə bilər.

Ancaq hakim Yeni Azərbaycan Partiyası (YAP) belə düşünmür və səslənən iddiaları qəbul etmir.

Adıçəkilən partiyanın icra katibinin müavini, parlamentin komitə sədri Siyavuş Novruzov deqiq.info-a açıqlamasında yayılan məlumatların və irəli sürülən ehtimalların, versiyaların əsassız olduğunu iddia edib.

“Azərbaycanda vaxtından əvvəl - növbədənkənar parlament seçkiləri gözlənilmir.

Parlament seçkilərinin vaxtı bəllidir, növbəti seçkilər 2020-ci ilin payızında, öz vaxtında keçiriləcək.

Ona görə də səslənən fikirləri, yayılan məlumatları doğru hesab etmirəm.

Gündəmdə belə bir məsələ yoxdur”, - deyə, YAP rəsmisi sözlərinə əlavə edib.

Oxunub: 137



XƏBƏR LENTİ