Bağla
Deqiq.info

Toliklə Nazilə arasında qalmaqal: “Təcili tibbi yardım gəlsin elə əzizlərinə” - AÇIQLAMA

Tarix:25-01-2020, 13:46

Toliklə Nazilə arasında qalmaqal: “Təcili tibbi yardım gəlsin elə əzizlərinə” - AÇIQLAMADedim, ad gününü təbrik edim, çünki sən həyatda ən gözəlinə Allah tərəfindən yox, həkimlər tərəfindən layiq olmusan.

Deqiq.info xəbər verir ki, bunu məşhur prodüser və aparıcı Tarix Əliyev (Tolik) sosial media hesabında yazıb.

O, şair Nazilə Səfərlinin illər öncə çəkilmiş fotosunu paylaşaraq onun ünvanına sərt ismarıclar yollayıb:

“Eltondan ayrı düşmə, hər zaman yanında ol. Bəlkə, arzuların çin olar. Özü də, ay yazıq qadın, Elton səni seçsə idi, dünən verilişində olardı. Yalandan deməzdin ki, guya Eltona təcili tibbi yardım gəlib. Təcili tibbi yardım gəlsin elə əzizlərinə”, - deyə Tolik od püskürüb.





Beləcə, məşhur yazdığı statusla müğənni Elton Hüseynəliyevlə işbirliyinin bitməsini N.Səfərli ilə əlaqələndirib.

Xatırladaq ki, aparıcısı olduğu “Hər şey daxil” səhər şousunda Tolik proqramda ad çəkmədən N.Səfərlini ağ yuyub, qara sərib:

“Allah qara qəlbli insanları hər zaman qara günə qoysun. Yekəburun, iri simalı, özünü bütün günü plastik əməliyyat etdirənlər sizdən uzaq olsun. Bu cür aparıcılar var, səhər verilişi aparırlar. Çox eybəcərdirlər. Şeytansifətlər, Allah bəlanızı versin”.

Baş verən qalmaqallı hadisənin pərdəarxası məqamlarını araşdırmaq üçün bu gün ad gününü qeyd edən N.Səfərli ilə əlaqə yaratdıq. O, Tolik tərəfindən yazılan statusa bu cür reaksiya verib:

“Bu gün mənim doğum günümdür. Bu xoş günümdə Tolik məni çox gözəl və fərqli şəkildə təbrik edib. Mən hələ belə gözəl təbrik eşitməmişdim. Çox sağ olsun bu xoş təbrikinə görə. Yaman sevindirdi məni. Gündəmdə qalmaq üçün çox gözəl reklamdır. Xoş sözlərinə görə Tolikə təşəkkürümü bildirirəm”.

“Toliklə aranızda nə yaşanır?” sualına isə onun cavabı belə olub:

“Bu gün doğum günümdür. Başım doğum günümə qarışıb. İmkan verin, xoş günümü keçirim”.

Baş verən qalmaqallı hadisələr fonunda N.Səfərli “Instagram” hesabında Eltonla yanaşı oturduqları fotonu paylaşaraq yazıb:

“Biz ki varıq, ayrılmaz dostlarıq”.



Qeyd edək ki, məşhur prodüser T.Əliyev (Tolik) redaksiyamızın əməkdaşı ilə söhbətində müğənni E.Hüseynəliyevlə altı illik işbirliyinə son qoymasını ad çəkməyərək, belə şərh etmişdi:

“Eltonun ətrafında bəzi insanlar var ki, onlar məni qıcıqlandırır. Onları nə görmək, nə də üz-üzə gəlmək istəyirəm. Onun çevrəsindəki insanlar Eltonun nüfuzuna xələl gətirir, mən isə bunlara göz yuma bilmərəm. Elə bu səbəbdən qərar verdim ki, dostcasına, söz-söhbətsiz və davasız ayrılaq”.

Toliklə Nazilə arasında qalmaqal: “Təcili tibbi yardım gəlsin elə əzizlərinə” - AÇIQLAMA
Oxunub: 53



XƏBƏR LENTİ