Bağla
Deqiq.info

YAP ödənişsiz efir vaxtından imtina etdi

Tarix:17-01-2020, 16:44

YAP ödənişsiz efir vaxtından imtina etdiYeni Azərbaycan Partiyası (YAP) növbədənkənar parlament seçkilərində İctimai Televiziyada pulsuz efir vaxtından imtina edir.

Oxu.az-ın məlumatına görə, YAP bu addımı bütün namizədlərə bərabər şərait yaratmaq məqsədilə atıb.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, 60-dan çox seçki dairəsindən namizədləri qeydə alınan siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radioda efir vaxtı ayrılır.

O cümlədən dövlətdən maliyyələşən dövrü mətbuatda pulsuz təşviqat aparmaq üçün şərait yaradılır.

Qeyd edək ki, bu ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.

Oxunub: 108



XƏBƏR LENTİ