Bağla
gundem.ws
gundem.ws

Səfir Əkrəm Zeynallı: Azərbaycan ŞƏT-in məqsəd və prinsiplərini dəstəkləyir

31 dəfə baxılıb 18-01-2019, 16:15

Səfir Əkrəm Zeynallı: Azərbaycan ŞƏT-in məqsəd və prinsiplərini dəstəkləyir
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) məqsəd və prinsiplərini dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı təşkilatın Pekindəki mənzil qərargahında ŞƏT-in yeni baş katibi Vladimir Norov ilə görüşündə deyib.

Səfir Ə.Zeynallı ölkəmizin təşkilat yanında Dialoq üzrə tərəfdaş statusuna malik olmasına baxmayaraq, ŞƏT-in müxtəlif platformalarda keçirilən beynəlxalq konfrans və seminarlarda yüksək səviyyədə təmsil olunmasını, xüsusilə mədəni-humanitar sahələrdə fəal iştirakını diqqətə çatdırıb. Bu xüsusda ötən ilin mayında ŞƏT-in mənzil qərargahında Heydər Əliyev Fondunun və səfirliyin təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti gününün keçirildiyini xatırladıb.

Diplomat ötən il ölkəmizdə keçirilən prezident seçkilərində ilk dəfə ŞƏT-in nümayəndə heyətinin müşahidəçi qismində iştirakını və Prezident İlham Əliyev tərəfindən qəbul edildiyini yada salıb.

Səfir Ə.Zeynallı Azərbaycanın təşkilat yanında statusunun Dialoq üzrə tərəfdaş səviyyəsindən müşahidəçi səviyyəsinə yüksəldilməsi ilə bağlı müvafiq müraciət ünvanladığını xatırladıb, Azərbaycanın ŞƏT yanında müşahidəçi statusu əldə etməsi ilə sözügedən təşkilatın fəaliyyətinə daha böyük töhfə verə biləcəyinə inamını ifadə edib.

ŞƏT-in baş katibi Vladimir Norov təşkilat ilə Azərbaycan arasında əlaqələrin yüksələn xətlə inkişafının, ölkəmizin ŞƏT çərçivəsində keçirilən müxtəlif mövzulu və formatlı tədbirlərdə fəal və yüksək səviyyəli iştirakının məmnunluq doğurduğunu diqqətə çatdırıb. Bu cür fəallığın nümunə ola biləcəyini vurğulayan V.Norov əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə və möhkəmlənəcəyinə ümid etdiyini bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi