backend

“İdeal”ın keçmiş sahibinin məhkəməsi başladı




Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.


“Report”un xəbərinə görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesin təxirə salındığı elan olunub.


Bildirilib ki, hakimlər kollegiyasında təmsil olunan Telman Hüseynovun ikinci dəfə koronavirusa yoluxma ehtimalı var və bu gün test verib.


Proses mayın 24-dək təxirə salınıb.


Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.


Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib.