Bağla
gundem.ws
gundem.ws

Sağlamlıq imkanları məhdud uşaqlar üçün növbəti xeyriyyə aksiyası

53 dəfə baxılıb 16-12-2018, 13:33

Sağlamlıq imkanları məhdud uşaqlar üçün növbəti xeyriyyə aksiyası
Dekabrın 15-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Nargis” jurnalı və Fondu, Macarıstanın ölkəmizdəki səfirliyinin birgə təşkil etdiyi xeyriyyə konserti və yarmarkası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir gecənin qonaqlarının müxtəlif Macarıstan məhsullarını (şokolad, salyami və s.) əldə edərək xeyriyyəçiliyə töhfə vermiş olacaqları kiçik yarmarka ilə başlayıb.

Tədbirə tamaşaçı qismində 5 nömrəli internat məktəbinin şagirdləri və müəllim heyəti, eləcə də görmə qabiliyyəti olmayan və zəif görən müəllimlərdən ibarət 38 nömrəli musiqi məktəbinin müəllim heyəti dəvət olunub.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov və Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi çıxış edərək ölkələrimiz arasında mövcud iqtisadi, siyasi və mədəni əlaqələrdən söz açıblar.

Belə tədbirlərin keçirilməsini ən gözəl xeyirxah işlərdən hesab edən natiqlər bu işə dəstək göstərən hər bir kəsə təşəkkür ediblər.

Tədbirin əsas məqsədi 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbində oxuyan sağlamlıq imkanları məhdud uşaqlar üçün vəsait toplamaqdır. Vəsait əsasən, gözdən əlil və zəif görən uşaqların oxu və yazı bacarıqlarını mənimsəmələri üçün zəruri olan Brayl çap maşınını almağa yönəlib.

Sonra dünya şöhrətli macar pianoçu Endre Hegedyuş və skripkaçı Feliks Laykonun iştirakı ilə konsert proqramı təqdim edilib.

Endre Hegedyuş - virtuoz pianoçu, beynəlxalq müsabiqələrin mükafatçısı, Ferens Listin musiqi irsinin tanınmış interpretatorudur. O, 27 albom yazdırıb. Macarıstan teleşirkətləri onun konsert yazıları əsasında ümumi müddəti 18 saatdan çox olan 12 sənədli film istehsal ediblər. Otuz ildən artıq musiqi karyerası ərzində Endre Hegedyuş dünyanın yarısını gəzərək 2600-dən çox konsert verib.

Feliks Layko - skripkaçı və bəstəkar, sitar musiqi aləti ifaçısıdır. O, Kann Film Festivalı çərçivəsində “Qızıl Palma budağı” mükafatına layiq görülmüş Macarıstan bəstəkarı Kornel Mundrutsonun “Delta” adlı filmində baş rola çəkilib, əfsanəvi “Buto” rəqqası Mina Tanakinin çıxışını müşayiət edib, məşhur Serbiya truba ifaçısı Boban Markoviç və skripkaçı Aleksandr Balanesko ilə çıxış edib. Feliks Layko bir sıra teatr tamaşalarına musiqi yazıb, 1998-ci il “Sarayevo qışı” mədəniyyət festivalı marşının müəllifidir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi