Bağla
gundem.ws
gundem.ws

Mobil telefonla çəkilən şəkil sayəsində körpənin gözündəki xəstəlik vaxtında aşkarlanıb

35 dəfə baxılıb 28-11-2018, 13:17

Mobil telefonla çəkilən şəkil sayəsində körpənin gözündəki xəstəlik vaxtında aşkarlanıb

Ana mobil telefonu ilə çəkdiyi fotolara diqqətlə baxdığında üç aylıq körpəsinin bir gözünün ağ rəngli göründüyünü hiss edib. Göz həkiminin müayinəsindən sonra körpə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) gətirilib. Uşaq maqnit rezonans tomoqrafiya (MRT) müayinəsindən keçirilib və dəqiq diaqnoz təyin olunub. Müraciət edərkən şikayətlər leykokoriya (pişik gözü refleksi), mikroftalmiya (gözün anomal inkişafı: göz almasının normadan kiçik ölçüdə olması) və görmə zəifliyi ilə bağlı olub. Müayinələr nəticəsində körpədə retinoblastoma yəni, gözün retinasının şiş xəstəliyi aşkarlanıb.

RMDM-in diaqnostik və invaziv radioloq və endovaskulyar cərrahı, professor Ahmet Memiş AZƏRTAC-a bildirib ki, bu xəstəliyə xüsusilə uşaqlarda rast gəlinir. Şiş əksər hallarda gözün birində əmələ gəlir. Amma bəzən hər iki gözdə də yarana bilər. Retinada bir törəmə olaraq meydana çıxan bu xəstəliyi hətta mobil telefonla da aşkar etmək mümkündür. İşıqlı fotolarda uşaqların göz bəbəyində görünən bəyaz parlaqlıq sayəsində uşağın retinablastoma olub-olmadığını müəyyən etmək mümkündür. Yenidoğulmuşun kataraktası və kongenital persistan vitreus kimi digər patologiyalar da leykokoriyaya səbəb ola bilər.

Retinoblastoma xəstələrində dəqiq diaqnozun təyini üçün oftalmoloq baxışından dərhal sonra MRT müayinəsinin aparılmasının mütləq olduğunu vurğulayan mütəxəssis, həmçinin deyib: “Sağlam gözlər fotoda, adətən, qırmızı rəngdə çıxır. Övladınızın bir gözündə qaranlıqda balıq pulcuğu kimi parlama olur və uşağın gözü fotolarda daha diqqətəçarpan vəziyyətə gəlir. Əgər fotoda gözdə ağ ləkə görünürsə, səbəbi katarakt və ya göz xərçəngi ola bilər. Doğulan hər 10 min uşaqdan birində bu xəstəliyə rast gəlinir, əmələgəlmə səbəbləri isə naməlumdur. Xəstəlik başladığı andan sürətlə inkişaf edir və 18 ay müddətində tam inkişaf mərhələsinə çatmış olur. Valideynlər bilməlidirlər ki, belə xəstələrdə göz müayinəsinin ardından ediləcək MRT də çox vacibdir. Bu müayinələr edilərsə, nəinki övladınızın həyatı xilas olar, hətta zədələnmiş gözdə görmə itkisinin də qarşısı alınar.”


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi