Bağla
Deqiq.info

Tanınmış rusiyalı farmakoloq: Reklamlara aldanmayın, bu preparatların təsiri yoxdur

Tarix:29-01-2020, 15:12

Tanınmış rusiyalı farmakoloq: Reklamlara aldanmayın, bu preparatların təsiri yoxdurKoronavirusun epidemiyası insanlar və hətta bəzi mütəxəssislər arasında virusəleyhinə və immunomodulyatorlara olan marağı artırıb.

Bəzi farmasevtik şirkətlər bundan istifadə edərək bu preparatların koronavirusa qarşı effektli olduğunu bəyan ediblər.

Tanınmış rusiyalı farmakoloq Aleksandr Xacidis Rusiya KİV-lərinə müsahibəsində 2 belə preparat haqqında məlumat verib.

Deqiq.info bildirir ki, onlardan biri “kaqosel”dir. Bu preparat immunomodulyator sayılır. Maraqlıdır ki, əvvəllər bu preparat hamiləlik əleyhinə dərman kimi istifadə olunurdu.

İmmunomodulyatorlar ümumiyyətlə az öyrənilmiş və effektivliyi sübut olunmamış preparatlar sinfidir. ABŞ və Avropada kaqosel və ona oxşar preparatlar istifadə olunmur.

Digər preparat “arbidol”dur. Bu virus əleyhinə preparat dərman kimi qeydiyyətdən keçməyib, onun effektivliyi və təhlükəsizliyi isə tam sübut olunmayıb.

Tanınmış farmakoloq həmçinin qeyd edib ki, immun sisteminə təsir etmək, immunitetə “qarışmaq” çox təhlükəlidir və bunu yalnız istisna hallarda, bəzi çox ağır xəstəliklər zamanı etmək lazımdır. Bütün digər hallarda bu yolverilməzdir.

Oxunub: 107



XƏBƏR LENTİ