Bağla
Deqiq.info

Gürcüstanda qripə yoluxma halları azalıb

Tarix:27-01-2020, 13:22

Gürcüstanda qripə yoluxma halları azalıbÖtən həftə Gürcüstanda hər 100 min nəfərə 172 qripə yoluxma halı qeydə alınıb.

“Deqiq.info”-nun yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Həftəlik müqayisədə qripə yoluxma hallarında 44 hal azalma qeydə alınıb.

Qrip virusu simptomları ilə bağlı xəstəxanaya yerləşdirilmə halları 28% təşkil edib ki, bu da həftəlik müqayisədə 2% azalıb.

Hazırda ölkədə “A” və “B” tipli qrip virusu yayılıb. “B” tipli virus hallarına daha çox rast gəlinir.

Həkimlər fevral ayında Gürcüstanda qripin ikinci dalğasının gözlənildiyini bildiriblər.

Oxunub: 102



XƏBƏR LENTİ