Deqiq.info

“Plastik və rekonstruktiv cərrahiyyə” dərsliyi çap edilib

Tarix:21-11-2018, 13:24

“Plastik və rekonstruktiv cərrahiyyə” dərsliyi çap edilibAzərbaycan Tibb Universitetinin (ATU) tələbələri və rezidentləri üçün növbəti dərslik çap olunub. “Plastik və rekonstruktiv cərrahiyyə” kitabı bu sahədə ilk ətraflı tədris vəsaitidir.

Dərsliyin müəllifi, ATU-nun Tədris Cərrahiyyə Klinikasının plastik və rekonstruktiv cərrahı, professor Vaqif Qələndər AZƏRTAC-a bildirib ki, kitab 400 səhifədən ibarətdir: “Bu kitab Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Tibb Universitetinin qrifi olan bir dərslikdir. Dərslik üzərində iş üç il yarım davam edib. Kitabda qeyd edilən bütün klinik vasitələr, əməliyyat üsulları ATU-nun mütəxəssisləri tərəfindən icra olunub”.

Müəllif kitabın həm rezidentlər, həm də tələbələr üçün faydalı olacağını hesab edir.

Kitabın elektron variantı artıq ATU-nun və Səhiyyə Nazirliyinin kitabxanasına təqdim olunub.

Oxunub: 82



XƏBƏR LENTİ