Deqiq.info

Bakıda Dördüncü Beynəlxalq Tibbi Treninq Günləri keçiriləcək

Tarix:19-11-2018, 12:11

Bakıda Dördüncü Beynəlxalq Tibbi Treninq Günləri keçiriləcək

Noyabrın 23-dən 25-dək Bakıda Dördüncü Beynəlxalq Tibbi Treninq Günləri keçiriləcək.

M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Bakı Beynəlxalq Tibbi Treninq Günlərində Almaniyanın və Türkiyənin müxtəlif universitet klinikalarında çalışan 10 nəfərə yaxın professorla yanaşı azərbaycanlı mütəxəssislər də referent və ekspert qismində iştirak edəcəklər. Dünya səviyyəli alimlər tərəfindən yerli və xarici ölkələrdən gəlmiş 100-dən çox iştirakçılara laparoskopik və ümumi cərrahiyyə, endoskopiya, ultrasonoqrafiya, radiologiya, ginekologiya, kardiopulmonar reanimasiya üzrə 3 günlük treninqlər və ustad dərsləri təşkil ediləcək. Kursları Avropada həkim, rezident və tələbələrə xüsusi peşə vərdişlərinin öyrədilməsi məqsədilə tədris edilən proqramlar və texnikalardan istifadə etməklə ən müasir tibbi modellər və mulyajlar üzərində beynəlxalq səviyyəli trenerlər aparacaq. Eləcə də iştirakçılar üçün tibbin ən aktual problemlərinə həsr olunmuş məruzələr oxunacaq, ağır kliniki halların müzakirəsi təşkil ediləcək, azərbaycanlı mütəxəssislərin Avropadan və Türkiyədən gəlmiş yüksək ixtisaslı mütəxəssislərlə canlı bilik və təcrübə mübadiləsi aparılacaq.

Oxunub: 87



XƏBƏR LENTİ