Bağla
gundem.ws
gundem.ws

Ofisiant, bərbər və dərzilər sabit vergi ödəyəcəklər

34 dəfə baxılıb 2-01-2019, 12:21

Ofisiant, bərbər və dərzilər sabit vergi ödəyəcəklərBu gündən etibarən iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), fərdi qaydada bərbər və dərzi fəaliyyəti ilə məşğul olan şəxslər də sadələşdirilmiş vergi ödəyicisi olacaqlar.

"Report" xəbər verir ki, ofisiantlar üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ - 30 manat, bərbərlər 20 manat, dərzilər 10 manat müəyyən olunub.

Bütün bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) 2, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində 1,5, Abşeron rayonun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində 1, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) 0,5 əmsalları tətbiq edilməklə müəyyən edilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi