Bağla
gundem.ws
gundem.ws

Paytaxtda məişət cihazları və soyuducu istehsalı azalıb

36 dəfə baxılıb 2-01-2019, 12:19

Paytaxtda məişət cihazları və soyuducu istehsalı azalıbÖtən ilin yanvar-noyabr ayları ərzində paytaxtda kompüter, elektron və optik məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 159,8 mln. manatlıq məhsul istehsal olunub.

“Report”un Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 31,1% azalıb, elektrik avadanlıqlarının istehsalı isə 70,8% artıb.

Ötən ilin yanvar-noyabr aylarında Bakıda qızdırıcı məişət cihazlarının istehsalı 94,5% azalıb və cəmi 10 ədəd təşkil edib.

Bu müddət ərzində paytaxtda 1 202 ədəd məişət soyuducuları istehsal edilib ki, bu da 2017-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 37,6% azdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi