Bağla
gundem.ws
gundem.ws

Azərbaycan-Rusiya İşgüzar Şurasının ümumi iclasında inzibati məsələlər müzakirə edilib

53 dəfə baxılıb 27-01-2019, 14:23

Azərbaycan-Rusiya İşgüzar Şurasının ümumi iclasında inzibati məsələlər müzakirə edilib
Kənd təsərrüfatı, sənaye, tikinti, nəqliyyat, neft və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən 100-dən çox biznes struktur və təşkilat nümayəndələrinin iştirakı ilə Azərbaycan-Rusiya İşgüzar Şurasının ümumi iclası keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclası İşgüzar Şuranın idarə heyətinin sədri Səməd Qurbanov açaraq ötən il ərzində təşkilatın fəaliyyətinin yüksək aktivliyini və müsbət nəticələrini qeyd edib. S.Qurbanov cari ildə Azərbaycan-Rusiya İşgüzar Şurasının iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın inkişafı üçün mövcud potensialı maksimal səviyyədə istifadə etmək niyyətində olduğunu vurğulayıb.

İclas inzibati məsələlərin müzakirəsi ilə davam edib.

Səsvermə zamanı "Logistika", "Qida məhsulları və kənd təsərrüfatı", "Sertifikatlaşdırma və gömrük proseduraları" komissiyalarının sədrləri Natiq Heydərov, İsmayıl Orucov və Namiq Tağıyev seçilib. Həmçinin N.Heydərov idarə heyətinin müavini seçilib.

Daha sonra Azərbaycan-Rusiya İşgüzar Şurasının www.ards.az portalının yeni imkanlarının təqdimatı keçirilib. İşgüzar Şura haqqında ətraflı məlumatla yanaşı, portal şura üzvlərinə "Şəxsi kabinet" vasitəsilə geniş funksiyalar təqdim edir. Belə ki, “Şəxsi kabinet”də elektron qeydiyyat funksiyası ilə tədbirlər proqramı yerləşdiriləcək. Bundan əlavə, şura üzvləri Rusiya şirkətlərindən əməkdaşlıq təkliflərinə xüsusi giriş imkanı əldə edəcək və yeni tərəfdaşlarla əlaqə yaratmaq üçün "Maraqlı olduğunu bildirmək" funksiyasından istifadə edə biləcəklər. Həmçinin "Şəxsi kabinet"də şura üzvləri bildirişlər alaraq, habelə məktub və sorğular göndərərək şura rəhbərliyi ilə ünsiyyət qura biləcəklər.

İclasın yekun hissəsində iştirakçılar 2019-cu ilin birinci yarısına olan tədbir və layihələr planını müzakirə ediblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi