Bağla
gundem.ws
gundem.ws

Bakı üzrə tikintiyə icazələrin alınması sadələşdirilib: 138 prosedurdan 7 prosedura endirilib

47 dəfə baxılıb 25-01-2019, 12:54

Bakı üzrə tikintiyə icazələrin alınması sadələşdirilib: 138 prosedurdan 7 prosedura endirilib
Yanvarın 25-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakı şəhəri üzrə tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üzrə elektron müraciət sisteminin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbə müdiri Rüfət Mahmud yeni sistemin üstünlüklərindən danışıb. Bildirib ki, tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması proseduru 116 gündən 18 günədək azaldılıb. Sahibkarların xərcləri isə 4 dəfəyədək aşağı düşüb. Ötən il prosedurların sayı 138 idi, lakin yeni qaydalara əsasən, bu, 7 prosedura qədər azaldılıb. Sahibkar 18 gün ərzində tikintiyə icazəni əldə edə biləcək. Əvvəllər isə bu 116 gün idi. Yeni qaydalara əsasən, obyekt 10 gün ərzində istismara başlaya bilər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi