Bağla
gundem.ws
gundem.ws

Azərbaycanda 9 ayda 7,5 mlrd. kubmetr qaz istehlak edilib

39 dəfə baxılıb 19-11-2018, 11:59

Azərbaycanda 9 ayda 7,5 mlrd. kubmetr qaz istehlak edilibBu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda əmtəəlik təbii qaz ehtiyatları 17,7 mlrd. kubmetr təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, onun 78,1%-i hasilatın, 12,9%-i ilin əvvəlinə mövcud olan ehtiyatın, 9%-i isə idxalın hesabına formalaşıb.

Belə ki, hesabat dövründə qaz hasilatının həcmi 13,824 mlrd. kubmetr, ilin əvvəlinə formalaşmış ehtiyatın həcmi 2,283 mlrd. kubmetr, idxalın həcmi isə 1,593 mlrd. kubmetr olub.

Ehtiyatların 42,3%-i və yaxud 7,487 mlrd. kubmetri ölkə daxilində istehlak edilib.

Hesabat dövründə ümumi ehtiyatın 38,1%-i yaxud 6,744 mlrd. kubmetri ixraca yönəldilib.

Bu ilin 9 ayı ərzində 2,9% yaxud da 513 mln. kubmetr itki olub, 16,7% və ya 2,956 mlrd. kubmetr 2018-ci ilin oktyabrın 1-i vəziyyətinə ehtiyat kimi qalıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi