Bağla
gundem.ws
gundem.ws

Tramp: “Gələcəkdə ABŞ və Rusiya xoş münasibətlərini bərpa edə bilər”

33 dəfə baxılıb 14-01-2019, 14:22

Tramp: “Gələcəkdə ABŞ və Rusiya xoş münasibətlərini bərpa edə bilər”
Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp əmindir ki, ABŞ və Rusiya gələcəkdə xoş münasibətləri bərpa edə biləcəklər.

gundem.ws xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün "Twitter" səhifəsində yazıb.

Mən Rusiyayla Obamadan, Buşdan və ya Klintondan daha sərt idim. Eyni zamanda, tez-tez deyirəm - Rusiya Federasiyası ilə yola getmək yaxşıdır, pis deyil. Mən inanıram, biz nə vaxtsa yenidən Rusiya ilə yaxşı münasibətlərə malik olacağıq", - deyə Amerika lideri yazıb.

Qeyd edək ki, ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) prezident Donald Trampın Rusiyanın xeyrinə çalışıb-çalışmamasına dair araşdırmaya başlayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi