Bağla
Deqiq.info

Məşhur futbolçudan komanda yoldaşına: "Səni arvadımdan çox sevirəm"

Tarix:5-01-2019, 12:19

Məşhur futbolçudan komanda yoldaşına: "Səni arvadımdan çox sevirəm""Mançester Siti”nin futbolçusu Benjamin Mendi komanda yoldaşı Serxio Aquero barəsində maraqlı paylaşım edib.

Fanat.az xəbər verir ki, 24 yaşlı fransalı müdafiəçi İngiltərə Premyer Liqasının XXI turunda evdə "Liverpul”u məğlub etdikləri oyundan (2:1) sonra argentinalı həmkarının şəklini paylaşaraq "Səni həyat yoldaşımdan belə daha çox sevirəm, qardaşım” yazıb.

Aquero da buna cavab olaraq "Mən də səni sevirəm, qardaşım” qeydini edib.

Qeyd edək ki, Aquero "Liverpul"la matçda ilk qolun müəllifi olub. Bununla da o, karyerası ərzində ölkə çempionatlarında 250-ci qolunu vurub. Forvard "Atletiko” formasıyla 74, "Mançester Siti”də 153, Argentinanın "İndependyente” klubunda isə 23 topa imza atıb. Bu qol, həm də Premyer Liqa tarixində ilk olub. "Mançester Siti”nin son 7 ev oyununda fərqlənən Aquero, Premyer Liqa tarixində ardıcıl 7 ev oyununda rəqib qapıçıları məyus edən ilk futbolçu adına sahib çıxıb.

Oxunub: 125



XƏBƏR LENTİ