Bağla
Deqiq.info

Futbolçu ailəsi ilə birlikdə qəzada öldü

Tarix:18-12-2018, 13:31

Futbolçu ailəsi ilə birlikdə qəzada öldüBelarusun "Vitebsk" klubunun qapıçısı Andrey Şerbakov həyat yoldaşı və uşağı ilə birgə avtomobil qəzasında ölüb.

Fanat.az xəbər verir ki, 27 yaşlı qolkiperin avtomobili yolda əks zolağa çıxaraq, evakuatora çırpılıb. Nəticədə futbolçu, həyat yoldaşı və 6 yaşlı oğlu yerindəcə keçinib.

Şerbakovu hadisə vaxtı maşında olan digər övladı sağ qalıb. Hazırda o, xəstəxanadadır.

Qeyd edək ki, Andrey Şerbakov karyerası ərzində BATE və Belarusun U-21 yığmasında da forma geyinib.

Oxunub: 115



XƏBƏR LENTİ