Bağla
Deqiq.info

"35 yaşımda balıqçı olacağımı düşünürdüm" - Ronaldo

Tarix:6-02-2020, 10:30

"35 yaşımda balıqçı olacağımı düşünürdüm" - Ronaldo"Yuventus"un futbolçusu Kriştiano Ronaldo 35 illik yubileyi münasibəti ilə "A Bola" nəşrinə müsahibə verib.

Deqiq.info xəbər verir ki, o, müsahibə zamanı bildirib ki, uşaq vaxtı 35 yaşında balıqçı olacağını düşünüb:

"Uşaq vaxtı düşünürdüm ki, 35 yaşım olanda Madeyrada balıq tutacağam. Belə yerlərdə oynayıb, bu qədər mükafat qazanacağım ağlıma da gəlmirdi".

Portuqaliyalı hücumçu altıncı Çempionlar Liqasını qazanmaq imkanın da olduğu söyləyib: "Yuventus"da bunu edə bilərəm. Belə çətin turnirdə hər şey bir çox amildən asılı olur. Amma hesab edirəm ki, bu, mümkündür. Çünki yaxşı komandamız var. Biz addım-addım irəli gedirik".

Oxunub: 354



XƏBƏR LENTİ