Bağla
Deqiq.info

"Qvardiola Noyeri yarımmüdafiədə oynatmaq istəyirdi"

Tarix:5-02-2020, 12:48

"Qvardiola Noyeri yarımmüdafiədə oynatmaq istəyirdi"“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın “Bavariya”nı çalışdırarkən qapıçı Manuel Noyerlə bağlı maraqlı planı olub.

Deqiq.info xəbər verir ki, bununla bağlı Münhen klubunun idarə heyətinin sədri Karl Hayns Rummeniqe Almaniya mətbuatına açıqlamasında bildirib. Onun sözlərinə görə, ispaniyalı mütəxəssis Noyeri yarımmüdafiədə oynatmaq istəyib:

“Qvardiolanın Noyeri çempionluğumuzu rəsmiləşdirdiyimiz matçdan sonra yarımmüdafiəçi kimi meydana buraxmaq istəməsi hələ də yadımdadır. O, bunu mənə deyəndə, rəqiblərə hörmətsizlik olacağı üçün fikrindən çətinliklə də olsa daşındırdıq. Bu addım başqaları tərəfindən lovğalıq kimi başa düşülə bilərdi. Ancaq əminəm ki, Noyer meydanın mərkəzində də yaxşı çıxış edərdi”.

Qeyd edək ki, Almaniya millisinin kapitanı olan 33 yaşlı qapıçı 2011-ci ildən "Bavariya”da çıxış edir.

Oxunub: 13



XƏBƏR LENTİ