Bağla
Deqiq.info

“Qəbələ”nin iki futbolçusu Türkiyəyə aparılmayıb - Pasport problemi

Tarix:3-02-2020, 13:10

“Qəbələ”nin iki futbolçusu Türkiyəyə aparılmayıb - Pasport problemiFutbolçu Nuğay Rəşidov 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-17) Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışına qatılmayıb.

Deqiq.info xəbər verir ki, “Qəbələ” klubundan toplanışa dəvət olunmuş Nuğay Rəşidov sənədində olan problemlə əlaqədar (pasportunun istifadə müddətinin sonuna 60 gün qaldığı üçün) komanda ilə birgə səfərə yollana bilməyib.

Pasportun yenilənməsinin vacibliyi barədə milli komandanın inzibatçısı tərəfindən futbolçuya bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq, N.Rəşidov yeni pasport almayıb.
Həmçinin, “Qəbələ”nin digər futbolçusu Sənan Qərimov da heyətdən çıxarılıb. O, səhhətinə görə Antalyaya gedə bilməyib.

Əvəzində “Neftçi”dən Rüfət Abbasov və Norveçin “Rusenborq” klubunun milliyyətcə türk üzvü Dəniz Mehmetoğlu U-17 millimizə cəlb olunub.

Qeyd edək ki, U-17 millimiz dünəndən etibarən qardaş ölkədə hazırlıqlara başlayıb.

Oxunub: 16



XƏBƏR LENTİ