Bağla
Deqiq.info

"Bavariya" dünya çempionunu transfer etdi

Tarix:10-01-2019, 12:45

"Bavariya" dünya çempionunu transfer etdi"Bavariya” Fransa millisinin üzvü Benjamen Pavarı transfer edib.

Fanat.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayb. "Bavariya" "Ştutqart”dan transfer etdiyi 22 yaşlı müdafiəçi ilə 5 illik müqavilə bağlayıb.

Pavar 1 iyul 2019-cu ildə yeni klubuna qoşulacaq. "Bavariya”nın bu keçidə görə, "Ştutqart”a 35 milyon avro ödəyəcəyi deyilir.

Qeyd edək ki, Pavar Fransa yığmasının heyətində 2018-ci il dünya çempionatının qalibi olub.

Oxunub: 111



XƏBƏR LENTİ