Bağla
Deqiq.info

Məktəbdə bıçaqlanma ilə bağlı cinayət işi başlanıldı

Tarix:6-02-2020, 12:00

Məktəbdə bıçaqlanma ilə bağlı cinayət işi başlanıldıQazaxda orta məktəbdə bıçaqlanma hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

“Deqiq.info”-nun xəbərinə görə, hadisə şəhər saatlarında rayonun 1 saylı orta məktəbində baş verib.

Belə ki, məktəbin 9-cu sinif şagirdi M.Qasımov dərs vaxtı 10-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü N.Əliyevi mübahisə zəminində bıçaqlayıb.

Daha sonra yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qazax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisəni törədən M.Qasımov müəyyən edilib.

Araşdırma aparılır.

Oxunub: 34



XƏBƏR LENTİ