Bağla
Deqiq.info

Qazaxda piyadanı vurub qaçan sürücü saxlanılıb

Tarix:31-01-2020, 12:30

Qazaxda piyadanı vurub qaçan sürücü saxlanılıbQazaxda piyadanı vurub qaçan sürücü saxlanılıb.

Bu barədə "Deqiq.info"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, yanvarın 28-də saat 23 radələrində Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən kənd sakini F.Abdulkərimov vurulub və o, xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi və Baş Dövlət Yol Polisi əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2103” markalı avtomobilin sürücüsü, Qazax rayon sakini F.Şıxıyev saxlanılıb.

Oxunub: 19



XƏBƏR LENTİ