Bağla
gundem.ws
gundem.ws

Metropolitenin həbsdə olan polis əməkdaşı məhkəmə qarşısında

36 dəfə baxılıb 21-11-2018, 13:22

Metropolitenin həbsdə olan polis əməkdaşı məhkəmə qarşısındaBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Sərxan Sadıqovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

gundem.ws xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 27-nə təyin edilib.

Qeyd edək ki, S.Sadıqov “Bakı Metropoliteni” QSC-nin polis əməkdaşı vəzifəsində çalışıb. O, Sədrəddin Kərimov və Xəyyam Səfərzadəyə maşın nömrəsi alacağını vəd edib. Lakin sonradan S.Sadıqov verdiyi vədə əməl etməyib.

Ümumilikdə həmin şəxslərə 17 min manata yaxın ziyan dəyib.

Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan S.Sadıqovun barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi