Bağla
Deqiq.info

Gəmi qəzasında ölən azərbaycanlının cəsədi bu gecə Bakıya gətiriləcək

Tarix:10-01-2019, 12:48

Gəmi qəzasında ölən azərbaycanlının cəsədi bu gecə Bakıya gətiriləcəkQara dənizin Samsun sahillərində “Volgabalt 214” gəmisinin qəzaya uğraması nəticəsində ölən Azərbaycan vətəndaşı - gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlunun cənazəsi bu gecə “Türk Hava Yolları” aviaşirkətinin təyyarəsi ilə ölkəmizə göndəriləcək.

Unikal.org xəbər verir ki, bu barədə “Azərtac”a Azərbaycanın Türkiyədəki səfirliyinin konsulu Şöhrət Mustafayev bildirib.

Səfirin sözlərinə görə, cənazənin göndərilməsi “Volqabalt 214” gəmisinin məxsus olduğu şirkət tərəfindən həyata keçirilir: “Hadisə ilə bağlı diplomatik nümayəndəliyimizdə yaradılan “qaynar xətt” fəaliyyətini davam etdirir.

Azərbaycan vətəndaşı – gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun cənazəsinin tapılması barədə bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir. Qəza baş verən ərazidə helikopter və gəmilərin iştirakı ilə axtarış işləri davam etdirilir”.

Qeyd edək ki, yanvarın 7-də Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volqabalt 214” gəmisinin qəzaya uğrayıb. Gəmidə olan 13 nəfərdən 9-u sahilə çıxarılıb. Gəminin ekipaj üzvlərindən biri Azərbaycan vətəndaşı gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu həlak olub və onun meyiti sudan çıxarılıb.

Oxunub: 146



XƏBƏR LENTİ