Bağla
Deqiq.info

Köməksiz qalan 5 nəfər xilas edildi - Bakıda

Tarix:9-01-2019, 18:40

Köməksiz qalan 5 nəfər xilas edildi - BakıdaBöhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək ediblər.

Digər məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Xilasetmə qüvvələri mənzilin qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil verib.

Yasamal rayonunda isə liftdə qalan 3 nəfər FHN əməkdaşları tərəfindən xilas olunub.

Oxunub: 137



XƏBƏR LENTİ