Bağla
Deqiq.info

Məşhur “Huawei” şirkətinin direktoru saxlanıldı

Tarix:6-12-2018, 16:33

Məşhur “Huawei” şirkətinin direktoru saxlanıldıÇin "Huawei” şirkətinin maliyyə məsələləri üzrə direktoru xanım Men Vancoun Kanada da saxlanılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Çin Men Vancounun saxlanılması ilə əlaqədar Kanadaya etirazını bildirib.

Çinin Kanadadakı səfirliyinin yaydığı bəyanatda ABŞ-ın istəyi ilə saxlanılan Men Vancou nə Birləşmiş Ştatların, nə də Kanadanın heç bir qanununu pozmadığı qeyd olunur. Həbsə qəti etirazını bildirən Çin tərəfi bəyan edib ki, bu cür fəaliyyət insan haqlarını kobud şəkildə pozur.

Qeyd edək ki, "Huawei” şirkətinin təsisçisi Ren Cenfeyin qızı olan Men Vancou dekabrın 1-də Kanadada aeroportda saxlanılıb.

Şirkətin yaydığı məlumatda xanım Menin saxlanılmasının səbəblərinin açıqlanmadığı qeyd olunur.

Oxunub: 147



XƏBƏR LENTİ