Bağla
gundem.ws
gundem.ws

DAHA ÇOX ƏSGƏR YOXSA DAHA ÇOX SƏRVƏT...!?

44 dəfə baxılıb 29-11-2018, 12:48

DAHA ÇOX ƏSGƏR YOXSA DAHA ÇOX SƏRVƏT...!?Həqiqi hərbi xidmətə çağrılanların bir çoxu yarsız edilərək geri qaytarılır. Bu gün ölkənin bəzi hərbi komisarlıqlarında sağlam olub hərbi xidmətə göndərilməyib yararsız kimi saxlanılan yüzlərlə gənclərimiz var. Bulardan biri də Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi Seymur Qurbanovdur.

“Ölkə başçısı Silahlı Qüvvələrlə bağlı çox mühüm qərarlar qəbul edib. Onların içərisində ən çox diqqəti cəlb edən isə onun bir sıra vəzifəli şəxsləri yol verdikləri ciddi qanun pozuntularına görə tutduqları postdan uzaqlaşdırması və sərt xəbərdar etməsi olub”. “Ölkə başçısı Müdafiə Nazirliyinin bir qrup vəzifəli şəxslərinə sonuncu xəbərdarlığını edib. Onlara müdafiə naziri, general-polkovnik Zakir Həsənovun apardığı müsbət işlərdə dəstək olmağı, ona ordunun döyüş hazırlığının yüksəldilməsində, zabit və əsgərlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması işlərində yardımçı olmağı, hərtərəfli kömək göstərilməsini bir vəzifə olaraq tapşırıb. Onu da qeyd edə ki, müdafiə naziri özü şəxsən korrupsiya və rüşvətxorluq hallarına yol vermiş şəxslərlə bundan sonra bir yerdə xidmət keçməyin mümkün olmadığını bütün şəxsi heyətə bir daha çatdırıb” - Ancaq ölkə başçısının bu qərarına məhəl qoymayanlardan biri də Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi Seymur Qurbanovdur.

Azerinfo.az - maraqlı məlumatların üstünü açmaqda davam edir. Seymur Qurbanov villalara, obyektlərə sahib olmaq üçün onlarla gənci həqiqi hərbi xidmətdən saxlayıb. Onlardan aldığı pullarla özünə imarət yaradıb. Ancaq torpaqlarımız hələ də işğal altındadır.
Bu da onu göstərir ki, səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi Seymur Qurbanova ordunu gücləndirmək, işğal altında olan torpaqları geri qaytarmaq maraqlı deyil.
Öz var-dövlətlərini artırmaq və bizneslərini gücləndirməkdir. Belə halda isə ortaya bu sual cixir

1. Həqiqi hərbi xidmətdən yararsız kimi saxlamağın qiyməti neçiyədir ?
2. Hərbi komisar hər çağrışda neçə gənci saxlayır ?
3. Bəs təkrar yoxlanış üçün nə qədər pul alınır ?

Müvəqqəti həqiqi hərbi xidmətdən saxlama və yuxarıdakı sualların cavabı Sizi maraqlandırırsa o zaman gundem.ws-ı izləyin. Araşdırmamiz davam edir

Qarsi tərəfidə dinləməyə haziriq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi