Bağla
gundem.ws
gundem.ws

“Bizimkilər ya pomidor əkir, ya da xiyar” - İstixanalarla bağlı maraqlı TƏKLİFLƏR

10 dəfə baxılıb 7-08-2019, 12:10

“Bizimkilər ya pomidor əkir, ya da xiyar” - İstixanalarla bağlı maraqlı TƏKLİFLƏR

Qlobal iqlim dəyişikliyi, bazar rəqabəti prinsipləri baxımından əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da istixana təsərrüfatları yaranıb və genişləndirilib. Əvvəllər biz bu genişləndirməni yalnız Abşeron yarımadasında müşahidə edirdik. Maraqlıdır ki, regionlarda, ənənəvi kənd təsərrüfatı rayonlarında da başa düşürlər ki, bitkilərin mühafizəsi baxımından müasir texnolgiyalar, qapalı mühit yaratmaq lazımdır.

Hazırda ölkədə ümumi sahəsi 1,3 min hektar olan 2910 vahid istixana fəaliyyət göstərir. Ötən il həmin istixanalarda 205,9 min ton pomidor, 14,2 min ton xiyar, 761,3 ton göbələk, 425,6 ton kartof, 237,3 ton bibər, 170 ton badımcan, 36,6 ton soğan, 2,5 ton lobya, 2,5 ton sarımsaq, 40,9 ton çiyələk və digər bitkiçilik məhsulları istehsal olunub.

Ölkənin digər rayonlarına nisbətən Abşeron, Şəmkir, Xəzər, Salyan, Samux, Sabunçu, Tovuz, Sabirabad və Masallı rayonlarının istixana təsərrüfatlarında daha çox məhsul yetişdirilib. 2019-cu ilin yanvar ayında respublikada örtülü torpaq sahələrindən 15,6 min ton tərəvəz toplanıb.



İstixana məhsullarının çeşidlərini artırmalıyıq



Bu barədə Modern.az-a danışan Kənd Təsərrüfatı Nazirliyinin eksperti Nicat Nəsirli bildirib ki, son illər Azərbaycanda yaradılan istixanalar 1500 hektara yaxın ərazini əhatə edir:

“İstixanaların yaradılmasında dövlət dəstəyi də xüsusi rol oynayır. Müəyyən avadanlıqların dövlət güzəştləri hesabına gətirilməsi, gömrük rüsumlarını azaltdı. Təəssüf ki, istixanalarda istehsal prosesinin birtərəfli qurulduğunu müşahidə edirik. Böyük əksəriyyət bir ya iki məhsula köklənir. Daha çox pomidor, xiyar yetişdirilir. Eyni zamanda, bibərin də istixana şəraitində yetişdirilməsi pomidor kimi getdikcə aktuallığını artırır. Çox yaxşı olardı ki, müasir ölkə təcrübələrini öyrənəndə, bostan məhsulları, göyərti növlərinin istixanalarda yetişdirilməsinə üstünlük versinlər”.



“Məcbur deyil hamı pomidor-xiyar yetişdirsin”



N.Nəsirli qeyd edib ki, bu gün istixana təsərrüfatlarında tətbiq edilən texnologiyalar imkan meyvədən tutmuş giləmeyvəyə, bostan məhsullarına qədər istənilən məhsulu yetişdirməyə imkan verir:


“Hazırda lazımi biomühit yaratmaqla istənilən məhsulu yetişdirmək mümkündür. Amma bizdə istehsal sırf birtərəfli qurulduğuna görə, noyabr-dekabr aylarında məhsul yetişəndə bizim istixanlarda narahatlıqlar başlayacaq ki, “məhsulu harada sataq”. Bildiyiniz kimi, istixanalar payız-qış mövsümündə bazara işləyirlər. Bir-iki məhsula köklənəndə isə bazarda məhsul bolluğu yaranır və bizim istixanlar satışlarda çətinlik çəkirlər.

Daxili və xarici bazarların məhsulgötürmə qabiliyyəti var. Gülçülük istiqamətində Abşeronda formalaşan bir istixana var. Halbuki, ölkədə gülə olan tələbat kifayət qədərdir. Məcbur deyil ki, hamı pomidor, xiyar yetişdirsin. Kələm, kök, göyərti növlərinin istixanalarda yetişdirilməsi artırılmalıdır. Təbii istehsalçılar üçün toxumçuluq vacib faktordur. İstixana şəraitində toxumçuluğun inkişaf etdirilməsinə çalışmaq lazımdır. Hollandiyadan, Türkiyədən Azərbaycana gətirilən toxumların burada da istehsalını təşkil etmək vacibdir. Mən yanvarda Rusiyada olarkən, bir məhsulun müxtəlif çeşidlərini gördüm. Biz də ənənəvilikdən kənarlaşmalı, istixanada yetişdirilən məhsulların çeşidlərini artırmalıyıq”.




“Xəstə insanlar nəzərə alınmır”


Ekspert deyir ki, Azərbaycanda moruq, böyürtkən, çiyələyin tez yetişən növlərinə üstünlük verilməlidir:

“Hansı ki, Hollandiya, Amerika, İspaniyadan Azərbaycana gətirilir. Həmin tez yetişən növlər bazarlarımızda böyük rəğbətlə qarşılanır. Həmin növləri istixanlarda yetişdirmək və məhsul bolluğu yaratmaq olar. Bizdə formalaşan marketinq bazarında müəyyən xəstəlikdən əziyyət çəkənlər nəzərə alınmır. Məsələn qara kələm ilin bütün mövsümlərndə bahadır. Çünki İrandan gətirilir. Həm də insanalrın damaq zövqünün dəyişdirilməsinə ehtiyac var. Ənənəvi istehsalla irəliləyişə nail olmaq mümkün deyil. Bizimkilər ya pomidor əkir, ya da xiyar”.



“İstixana məhsulu ilə açıq sahə məhsulunun fərqi yoxdur”



N.Nəsirli açıq sahədə yetişdirilən məhsullarla, istixana şəraitində yetişdirilən məhsulların keyfiyət baxımından fərqlənmədiyini vurğulayıb:

“Cəmiyyətdə belə fikirlər gəzir ki, guya istixanalarda yetişdirilən məhsulların hamısı dərmanlıdır, ekoloji baxımdan təmiz deyil. Məsələ burasındadır ki, açıq sahədə yetişdirilən bitkiyə də mühafizə baxımından dərmanlar vurulur. Bunlar sırf zərərvericilər və ziyanvericilərdən mühafizə etmək üçündür. Bitkinin özünün vegetasiyasının normal getməsi üçün hökmən gübrə verilməlidir. Normada verilirsə, heç bir gübrə insan orqanizminə ziyanlı ola bilməz. Normadan artıq verilən dərmanlar, gübrələr təbii ki, məhsul vasitəsilə insan orqanizminə keçir və müəyyən pozuntulara gətirib çıxarır. Keçən il Salyan rayonunda qış mövsümündə yetişdirilən pomidorların yuxarı hissəsində çıxıntı olduğu görünürdü. Pomidor həmin dərmanların çox tətbiq edilməsindən sanki etiraz edir, orqanizmindən atmağa çalışırdı. Hökmən istixanalarda istehsalla məşğul olan insanlar yeniliklərlə maraqlanmalı, dərmanların özünün tərkibini dəqiqləşdirməlidirlər. Bəzi fermerlər var ki, bitkiyə tətbiq etdiyi dərmanın tərkibini bilmir. Bilmir ki, bu dərman zərərvericiyə qarşıdır, yoxsa gübrə tərkiblidir. İnsanların maariflənməsinə ciddi ehtiyac var”.



“Çalışmalıyıq ki, payız-qış mövsümündə məhsul istehsalında fasilə olmasın”



Ekspert qeyd edib ki, ənənəvi olaraq istixanalar Abşeronda formalaşıb:


“Bildiyiniz kimi son illərdə bəzi bölgələrimiz istixana təsərrüfatlarında xüsusi seçilməyə çalışırlar. Gəncəbasar, Şəmkir rayonu, Cəlilabad, Şəki, Zaqatala, Sabirabadda qeyri-mövsümlərdə istehsalı bərpa etmək üçün dövlət dəstəyi hesabına istixanaların sayı artırılır. Gedişat normaldır. Əsas payız, qışda istehsalda fasilələrin yaranmamasına çalışmalıyıq ki, bunun da yolu istixanların sayının artırılmasından keçir. Müasir texnologiyaların tətbiqindən çəkinmək yox, onlara üstünlük vermək lazımdır”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi