Bağla
gundem.ws
gundem.ws

"Fəlakət"dən ayrılıq xəbərinə REAKSİYA: "Sizin də ailəniz var" - FOTO

10 dəfə baxılıb 7-08-2019, 11:52

"Fəlakət"dən ayrılıq xəbərinə REAKSİYA: "Sizin də ailəniz var" - FOTO

Xəbər verdiyimiz kimi, ötən il fevralın 23-də ailə həyatı quran aktyor Elşən Orucovun həyat yoldaşından ayrılması ilə bağlı məlumatlar yayılıb.

Məlumatlarda bildirilir ki, "Fəlakət" obrazı ilə məşhurlaşan sənətçi xanımı İlahə ilə bir müddətdir ayrı yaşayır. 2018-ci ilin dekabrında valideyn olan Elşən və İlahənin rəsmi boşanması barədə heç bir məlumat yoxdur.

Aktyor Elşən Orucov ailəsinin dağılması ilə bağlı xəbərləri təkzib edib və belə bir xəbərin yayılmasında jurnalistləri ittiham edib:

"Əziz jurnalistlər, məlumatı yazanda dəqiqləşdirin, sonra yazın. Boş-boş reytinq dalınca qaçıb özünüzü göstərməyin. Yadınıza salın ki, sizin də ailəniz var".
"Fəlakət"dən ayrılıq xəbərinə REAKSİYA: "Sizin də ailəniz var" - FOTO


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi